"İclasda əsas müzakirə mövzusu əsgərlik yaşına çatan gənc futbolçuların hərbi xidmət məsələsi idi. Onların arasında milli komandalara dəvət olunanlar və olunmayanlar var. Digəri isə I Diviziondakı limit məsələsi idi".
Bu fikirləri "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin sədri və "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev komitənin bugünkü iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
Rəfiyev yığıncaqda hər hansı qərarın qəbul edilməyini bildirib: "Sadəcə, razılaşdıq ki, yaxın vaxtlarda bir daha görüşək, variantlar arasında seçim edib qərar verək. Müxtəlif fikirlər səsləndirildi. Hər klubun öz mövqeyi var idi, hərə öz fikrini bildirdi. Konkret olaraq, hansısa problemdən danışmadıq. Məsələni müzakirə etdikdən sonra klublar çıxış yollarını göstərdilər. Ətraflı danışdıq. İnanıram ki, qarşıdakı iclasda qərar qəbul edəcəyik".
Komitə sədrinin sözlərinə görə, futbolçular üçün ayrıca çağırış vaxtı yoxdur: "18 yaşına çatan oyunçu hərbi xidmətə çağırılır. İclasda bu barədə ümumi söhbət oldu. Sırf hansısa çağırışdan danışmadıq".