Bu gün Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlib.
Ucnoqta.az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu gün ilk 3 qarşılaşmada Levon Aronyanı 2 dəfə məğlub edib, 1 dəfə heç-heçə etməklə "New in Chess" turnirdə 3-cü yeri qazandı.