Joze Mourinyo tanınmış nəşrin köşə yazarı oldu

20:30 - 30 Aprel 2021 - İDMAN

İngiltərənin "Tottenhem" klubunun sabiq baş məşqçisi Joze Mourinyo özünə yeni iş yeri tapıb.

"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssis Britaniyanın "The Sun" nəşri ilə müqavilə bağlayıb.
O, AVRO-2020-nin oyunları zamanı tanınmış nəşrdə köşə yazarı kimi fəaliyyət göstərəcək. Daha əvvəl Mourinyonun "talkSPORT" radiosunda da ekspert qismində iştirak edəcəyi bəlli olub.

Qeyd edək ki, "Tottenhem" Joze Mourinyonu aprelin 19-da istefaya göndərib. O, bu komanda ilə yanaşı, İngiltərədə "Mançester Yunayted", "Çelsi", İspaniyada "Real Madrid", İtaliyada "İnter" və ölkəsində "Portu"nun da baş məşqçisi olub.

Xəbər xətti