PSJ-nin ulduzu Neymar Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyət barədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, İnstaqram hesabında bunları yazıb: “Döyüşdə məğlub olduq, amma müharibə davam edir. Komandamıza güvənirəm, daha yaxşı ola biləcəyimizə inanıram. Davam et, PSJ! 1 faiz şans, 99 faiz inam”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 4-ü keçiriləcək.