Boks üzrə Asiya çempionatına ev sahibliyi edəcək ölkə dəyişdirilib.
TASS xəbər verir ki, öncədən Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilməsi planlaşdırılan turnir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.
Yerdəyişməyə səbəb Hindistandakı pandemik vəziyyətin kəskin pisləşməsi olub.
Turnirin keçirilmə zamanında isə heç bir dəyişiklik edilməyib. Yarış əvvəldən planlaşdırıldığı kimi 21 - 31 may aralığında təşkil olunacaq.
Qeyd edək ki, boks üzrə Asiya çempionatı 1963-cü ildən etibarən keçirilir.///oxu.az