Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə razılaşmanın müddətinin uzadılmasına yaxındır.
“Report” xəbər verir ki, futbolçunun açıqlamasını “RMC Sport” radiosu yayıb.
"Biz Parislə danışıqlar aparırıq. Tələsmirik, hər şey demək olar, həll edilib. Mən PSJ-də çox xoşbəxtəm", - Neymar deyib.