UEFA Superliqa klublarını cəzalandıracaq

12:45 - 25 Aprel 2021 - İDMAN

Avropa Super Liqasına daxil olmuş futbol klubları sanksiyalarla üzləşəcəklər.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin "Daily Mail"ə açıqlamasında bildirib.
Sloveniyalı funksioner bildirib ki, hamı etdiyinin qarşılığında məsuliyyət daşımalıdır: "Biz heç nə baş verməyibmiş kimi görüntü yaradan deyilik. Belə bir şey edib, sonradan "Məni gözləri götürmədikləri üçün cəzalandırdılar" demək olmaz. Onların bütün problemləri etdikləri hərəkətlərin nəticəsidir. Nə edəcəyimizə tezliklə qərar verəcəyik".

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar.///report

Xəbər xətti