"Barselona"dan Avropa Super Liqası ilə bağlı BƏYANAT

22:50 - 22 Aprel 2021 - İDMAN

İspaniyanın "Barselona" klubu futbol üzrə Avropa Super Liqası ilə bağlı bəyanat yayıb.

Bəyanatda Kataloniya təmsilçisinin turniri tərk etməyəcəyi bildirilib.

Qeyd olunub ki, Superliqadan imtina tarixi səhv ola bilərdi: "Barselona" futbolun keyfiyyətini və cəlbediciliyini artırmaq üçün təsis olunmuş turnirə üzv olmaq təklifini dərhal qəbul etdi. Layihənin bir çox sahələrdə yaratdığı ictimai reaksiyanı nəzərə alsaq, təklifin yenidən nəzərdən keçirilməsinə və bu reaksiyanın arxasındakı səbəblərin daha dərindən təhlil edilməsinə ehtiyac olduğunu düşünürük. Bütün məsələlər futbol dünyasının ortaq maraqlarına xidmət edir. Bu analiz hər hansı axmaq hərəkətdən qaçınmaq üçün vaxt və lazımi soyuqqanlılıq tələb edir".

Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid" klublarından başqa 10 komanda Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın "Milan" və "Yuventus" klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.///report

Xəbər xətti