"İngiltərədə Superliqa matçları keçirilməyəcək" - Boris Conson

18:12 - 20 Aprel 2021 - İDMAN

Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, iclasın əsas məqsədi nəhəng klubların təsis etdiyi Avropa Super Liqasının müzakirəsi olub.

Nazir görüş zamanı turnirin keçirilməsinə mane olacağına və onun dayandırılacağına söz verib. Həmçinin Conson İngiltərədə Superliqa matçlarının təşkilinə qadağa qoyulacağını istisna etməyib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.

Xəbər xətti