UEFA öz aralarında Superliqa qurmaq qərarına gələn 12 nəhəng klubu məhkəməyə verməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həmin komandalardan təzminat tələb edəcək.
Bu məsələdə UEFA-ya üzv olan 55 federasiya və liqaların rəhbərləri də quruma dəstək olmaq qərarına gəlib. UEFA-nın Hüquq Departamenti Superliqanın iştirakçılarından futbol tarixinin ən böyük təzminatını – 50 milyon avro tələb edəcək. Bununla bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənən Superliqanı ABŞ-ın “JP Morgan” bankı maliyyələşdirəcək.