“Real”, “Mançester Siti” və “Çelsi” ÇL-nın yarımfinalından kənarlaşdırıla bilər

23:08 - 19 Aprel 2021 - İDMAN

Avropa Superliqasına qoşulan “Real”, “Mançester Siti” və “Çelsi” klubları Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər.

Sports.ru xəbər verir ki, bunu Danimarka Futbol İttifaqının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller bəyan edib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qərar qurumun cümə günü keçiriləcək iclasında qəbul edilə bilər.

“Klubları kənarlaşdırmaq lazımdır. Bunun cümə günü baş verəcəyini gözləyirəm. Çempionlar Liqasını necə bitirəcəyimizə isə sonra baxarıq”, - deyə Meller bildirib.///oxu.az

Xəbər xətti