UEFA AVRO-2020-nin ev sahiblərinə yenidən vaxt verib

18:20 - 19 Aprel 2021 - İDMAN

UEFA AVRO-2020-nin ev sahiblərinin təsdiqlənməsi ilə bağlı qərar tarixini yenidən artırıb.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, buna səbəb təşkilatçı şəhərlərdən 3-ü ilə danışıqların hələ yekunlaşmamasıdır.

Qurum bugünkü iclasından sonra təşkilatçı şəhərlərin tam tərkibini açıqlamağı planlaşdırırdı. Lakin Münhen, Bilbao və Dublinin hələ də azarkeşlərlə bağlı təminat verməməsi üzündən qitə futbol qurumunun prezidenti Aleksander Çeferin daha bir neçə gün prosesin davam etdirilməsini məqsədəuyğun bilib.

Qeyd edək ki, Bakı, Sankt-Peterburq, Budapeşt, Amsterdam, Buxarest, Kopenhagen, Qlazqo, London və Roma AVRO-2020 matçlarına azarkeşlərin buraxılmasına dair təminat verib.

Xəbər xətti