Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib

Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri Mətləb Kazımovun və Qənbər Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və onlar təcili tibbi yardım avtomobillərinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Quba RPŞ-də araşdırmalar aparılır.

 

Tarix
14 Aprel 2021 [14:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-14 14:47:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin