Qusar və Quba sakinlərindən silah götürülüb

Qusar və Quba sakinlərindən silah götürülüb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda Quba RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırt kəndində yaşayan S.Xankişiyevin evinin həyətinə baxış zamanı oradan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Tarix
25 Mart 2021 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-25 13:25:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin