Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi

20:19 - 18 Mart 2021 - İDMAN

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, yeni qaydalara görə, qapıçılar da daxil olmaqla, hücum edən komandanın oyunçularının əlləri və ya qolları rəqibdən öndə olarsa, bu, ofsayd hesab olunmayacaq.

Eyni xətt prinsipi qolun yuxarı hissəsindən, yəni qoltuq altından hesablanacaq.

Qeyd edək ki, IFAB daha əvvəl əllə oyun qaydalarında dəyişikliyi təsdiqləyib.

Xəbər xətti