“Dinamo”nun baş məşqçisi həbs olundu

11:51 - 16 Mart 2021 - İDMAN

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, məhkəmənin qərarı ilə ona 4 il 8 ay iş kəsilib. 

Zoranla yanaşı onun qardaşı Zdravko Mamiç də 6,5 il azadlıqdan məhrum edilib.

Zoran 2008-ci ildən klub büdcəsindən 17.3 milyon dollar, qardaşı isə 15 milyon dollar mənimsəməkdə günahlandırılıb.   
Qeyd edək ki, “Dinamo” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində martın 18-i “Tottenhem”lə qarşılaşacaq. 

 

Xəbər xətti