"Yuventus"un hücumçusu Kriştianu Ronaldu özünün və komandasının son zamanlar üzləşdiyi tənqidlərə cavab verib.
Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu rəsmi İnstaqram səhifəsində yazıb:
"Həyatdakı enişlərin sayından daha önəmli olan sürətli və güclü bir şəkildə ayağa qalxmaqdır. Əsl çempionlar heç vaxt sınmaz!
İndi fikrimiz A seriyasında "Kalyari" ilə oyun, İtaliya kubokunun finalı və bu mövsüm hələ əldə edə biləcəyimiz hər şeydədir. Keçmişin muzeylərə aid olduğu doğrudur. Amma futbolun da bir yaddaşı var. Mənim də həmçinin. Tarix silinə bilməz. Hər gün dayanıqlılıq, komanda ruhu, israr və bir çox şey yenidən yazılır. Bunu anlamayanlar isə heç vaxt zəfərə və uğura nail ola bilməyəcəklər".
Qeyd edək ki, "Yuventus" gözlənilmədən Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırıb. A seriyasında isə Turin təmsilçisi lider "İnter"dən 10 xal geridə qalmaqla 3-cü yeri tutur.