Azərbaycan birinci divizionunda bir oyun təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmaların ardından “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.
Təmizləmə işlərindən sonra Azərbaycan çempionatı matçının sabah Tovuz şəhər stadionunda keçirilməsi və saat 15:00-da başlaması nəzərdə tutulub.///apasport