"Yuventus" antirekorda imza atdı

13:42 - 10 Mart 2021 - İDMAN

İtaliyanın "Yuventus" klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb. Turin təmsilçisi tarixində nüfuzlu klub turnirində ardıcıl ikinci mövsüm 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Andrea Pirlonun baş məşqçi olduğu komanda ilk matçda Portuqaliyada "Portu"ya 1:2 hesabı ilə uduzub. "Qoca sinyora" cavab görüşünün əsas vaxtında eyni hesabla qələbə qazansa da, əlavə vaxtda hər iki komanda bir dəfə fərqlənib və "Portu" növbəti mərhələyə adlayıb.

Turinlilər ötən mövsüm iki görüşün nəticəsinə əsasən Fransa "Lion"una uduzub - 0:1. 2:1.

Beləliklə, İtaliya çempionu Çempionlar Liqasında və Avropa Çempionlar Kubokunda tarixdə ilk dəfə ardıcıl iki mövsüm 1/8 finalda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, "Yuventus" ötən il "Lion"la matçlardan sonra baş məşqçisi Mauritsio Sarrini istefaya göndərmişdi. ("Report")

Xəbər xətti