Kann Film Festivalı təxirə salınıb

08:48 - 28 Yanvar 2021 - Mədəniyyət

Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb. APA TASS-a istinadən xəbər verir ki, 2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib. Festivalın təşkilatçıları Beynəlxalq Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair məlumat yayıblar. Beləliklə, filmsevərlər Kann Festivalını iyul ayında izləyə biləcəklər. Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film Festivalı ləğv edilib.

Xəbər xətti