“Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” -Hikmət Hacıyev- FOTO

13:09 - 28 Noyabr 2020 - Xəbər

“Tərtərdə yaşayış binalarının üzərində və yerdə gördüyünüz izlər bilavasitə ermənilərin istifadəsi qadağan olunan kasetli bombalardan atəş açdığının sübutudur”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə Tərtərə səfəri zamanı yerli və xarici mediaya verdiyi açıqlamasında deyib.

Daha sonra diplomatik korpusun nümayəndələrinin qəsəbədəki yaşayış binalarının vəziyyətini öz gözləri ilə görmələri üçün kiçik tur təşkil edilib.

Ermənilərin bilərəkdən mülki əhalinin yaşadığı əraziləri, yaşayış evlərini atəşə tutmaları və nəticədə mülki əhali arasında ölən və yaralananların olduğu barədə məlumat verilib.


Xəbər xətti