Rusiyanın Amur əyalətində hərəkətdə olan avtomobil partlayıb. Ucnoqta.az xəbər verir ki, hadisə noyabrın 4-də Blaqoveşensk rayonunda qeydə alınıb. Bu barədə “Amur.Life” nəşri məlumat yayıb.
Məlumata görə, “Naqornıy” küçəsində hərəkətdə olan “Hyundai” markalı minik avtomobili naməlim səbəblərdən qəfildən partlayıb. Partlayışdan sonra avtomobil yanmağa başlayıb. Bildirilir ki, qəza nəticəsində sürücü vəfat edib.
Yanğın hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev