Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur. O, 1869-cu ildə Şuşa şəhərində doğulub.
Əhməd bəy 1896-cı ildə Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub. O, Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb.
Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb.
O, Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub.
1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.