Rusiyada 12 yaşlı qız 30 kiloluq alovlu ştanqı qaldıraraq yeni dünya rekorduna imza atıb. Ucnoqta.az xəbər verir ki, Yekaterinburq şəhərində yaşayan 12 yaşlı Karolina Çernyak 1 dəqiqə içində 25 dəfə 30 kiloqramlıq alovlu ştanqı qaldırıb.
Karolinanın bu sınağı həm “IntelRecord” beynəlxalq agentliyi, həm də Rusiya rekord reyestri tərəfindən qeyd alınıb.
Namiq Musayev