ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğradı; 2 nəfər ölüb - VİDEO

07:24 - 24 Oktyabr 2020 - HADİSƏ

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 23-də Alabama ştatının Foli şəhərində qeydə alınıb. Bu barədə “NewsNation Now” portalı məlumat yayıb.

Portalın məlumatına görə, hərbi təyyarə məktəb yaxınlığına düşüb və ətrafda yerləşən bir evdə yanğın baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub.

Bildirilir ki, mülki əhalidən ölən və xəsarət alan olmayıb. 

Müdafiə nazirliyinin və hərbi dəniz donanmasının əməkdaşları faktla əlaqədar araşdırmalara başlayıblar.

 

Namiq Musayev

 

 

Xəbər xətti