ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E Super Hornet” döyüş təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 20-də Kaliforniya ştatında qeydə alınıb. Bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, qırıcı “Lemoore” hərbi dəniz bazasından havaya qalxıb və təlim-məşq uçuşu yerinə yetirib. Qəza zamanı pilot katapult edərək sağ qalıb. O, müayinədən keçmək üçün xəstəxanaya aparılıb.
Bildirilir ki, qırıcı, “China Lake” hərbi-dəniz silahlandırma bazası yaxınlığında boş əraziyə düşüb.
Faktla əlaqədar araşdırma aparılır.
Namiq Musayev