Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raket atılıb.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.
“Atılan raket S-300 hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır”, - deyə H.Hacıyev qeyd edib.