Qvineyanın prezidenti Alpha Conde əmək nazirini hamının gözü qarşısında döyüb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, buna səbəb isə, nazirin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməməsi olub. Hadisənin görüntüləri isə həvəskar kamera tərəfindən qeydə alınıb.
Kadrlarda, Alpha Condenin nazirin üz nahiyəsinə yumruqlar atdığı və onun da zərbələrdən yayınmaq üçün ora-bura qaçdığı görülür.
Video sosial şəbəkədə paylaşılaraq, izləyici rekordu qırıb.
Namiq Musayev