Kişi boşanma ərəfəsində olduğu arvadını güllələdi - VİDEO

13:04 - 27 Avqust 2020 - HADİSƏ

Türkiyənin Batman vilayətində kişi arvadını güllələyərək qətlə yetirib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Pınarbaşı məhəlləsində baş verib.

Məlumata görə, həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu və bir müddətdir ki, ayrı yaşadıqları öyrənilən 2 uşaq anası 21 yaşlı Ebru T., yolda irəlilədiyi zaman ona yaxınlaşan bir avtomobildən atəş açılıb. Başından və boyun nahiyəsindən 5 güllə zərbəsi alan qadın yerə yıxılıb.

Cinayətkar isə avtomobili ilə hadisə yerindən yayınıb. Ətrafdakı insanların köməkliyi ilə özəl xəstəxanaya çatdırılan Ebru T., həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Hadisədən sonra polis əməkdaşlarının apardığı araşdırmada, Ebru T.-ni qətlə yetirən həyat yoldaşı Y.T.-nin olduğu müəyyən edilib və o, qısa müddət ərzində saxlanılaraq həbs olunub.

Namiq Musayev

 

 

Xəbər xətti