İsveçrədə yerli ixtiraçı və paraşütçü Rafael Domyan paraşüt tullanmada ilkə imza atıb.
Ucnoqta.az xəbər verir ki, o, 1 520 metr hündürlükdən uçan iki yerli “SolarstrAtos” tipli, günəş enerjisi ilə işləyən elektrikli təyyarəndən tullanıb.
Məlumata görə, Domyan saatda 150 kilometr sürətlə, Peyner şəhərində yerləşən “Solar StrAtos” layihəsinin hazırlandığı bazanın yaxınlığına enib.
Bildirilir ki, o, yerə müvəffəqiyyətlə enib və paraşütçü atlayışın ən riskli olduğunu deyib.
Qeyd edək ki, iki ildən sonra “Solar StrAtos” komandası, yalnız günəş enerjisindən istifadə edərək stratosferə uçmağı planlaşdırırlar. Təyyarə 20 min metr yüksəkliyə qalxmalı olacaq.
Namiq Musayev