Binəqədi rayonunun C.Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsinin videosu yayılıb.
Yolu keçmək istəyən qadını avtomobil vurub. Nəticədə xanımın başı bardürə dəyib və dünyasını dəyişib.
Qeyd edək ki, qəza aprelin 15-də saat 17:00 radələrində qeydə alınıb.
Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.
Xatırladaq ki, Müşərrəf Verdiyeva ifaçılıqla məşğul olub. Müğənni kimi fəaliyyət göstərən qadın səhnə üçün “Banu” adından istifadə edib.