ATƏT-in fəaliyyətdə olna sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Qarabağdakı erməni separatçılarının lideri Bako Saakyanla görüşüb. Məlumata görə, görüşdə Azərbaycan və Ermənstan Silahlı Qüvvələrinin təmas xəttindəki vəziyyət və münaqişənin həlli ilə bağlı bir sıra məsələlər müzakirə edilib.