Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
DGK-nin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində və sahibkarlarla keçirilən görüşlərdə aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici İqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
№ |
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı |
Invoysda göstərilən qiymət |
Real qiymət |
Fərq |
1 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
13046,63 avro |
18543,63 avro |
5497 avro |
2 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
16013,72 |
22627,77 avro |
6614,05 avro |
3 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
14840,21 avro |
20991,88 avro |
6151,67 avro |
4 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
12230,60 avro |
18628,08 avro |
6397,48 |
5 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
13117,94 avro |
21117,94 avro |
9000 avro |
6 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
14545,14 avro |
33400,32 avro |
18855 avro |
7 |
"Aksesuar Ticarət və Sənaye LTD" |
8604 avro |
12604,61 avro |
4000,61 avro |
8
|
"Aksesuar Ticarət və Sənaye LTD" |
12645,70 avro |
15645,70 avro |
3000 avro |
9 |
“ABA Trading” |
5230,56 avro |
25757,81 avro |
20527,25 avro |
Cədvəldən də göründüyü kimi, ümumilikdə 80 043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib: