Gömrükçülər 82 min ədəd siqaret müsadirə ediblər

13:42 - 17 Yanvar 2017 - Xəbər

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük  baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən verilən xəbərə görə, yoxlama  zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib.
Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82 min ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti