Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb -YENİLƏNİB

13:00 - 17 Yanvar 2017 - Xəbər

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb.

Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər xətti