Avropa Parlamentinə yeni sədr seçiləcək - Strasburqda

11:35 - 17 Yanvar 2017 - Xəbər

Bu gün Strasburqda Avropa Parlamentinin yeni sədri seçiləcək. Hazırkı sədr Martin Şults ötən ilin noyabrında vəzifəsindən getdiyini və Almaniyada yerli Sosial-Demokrat Partiyasının 2017-ci il seçkilərində Şimali Reyn-Vestfaliya üzrə seçki siyahısına rəhbərlik etməyi qərara aldığını bildirib. Müşahidəçilərin fikrincə, Avropa İttifaqının ali orqanının rəhbəri postuna namizədlər "xalqçı" Antonio Tayani, sosialist Canni Pitella və liberal Gi Verxofstadtdır. Onlar gizli səsvermə yolu ilə seçiləcəklər.

Xəbər xətti