Netanyahu hələ uzun illər İsrailə rəhbərlik etmək niyyətindədir

11:29 - 17 Yanvar 2017 - Xəbər

İsrailin baş naziri Binyamin Netanyahu mətbuatda haqqında sui-istifadə halları ilə bağlı yazılan ittihamları yenidən rədd edib, "Likud" partiyası və yəhudi dövləti hökumətinə hələ uzun illər rəhbərlik etmək niyyətində olduğunu bildirib. "Report" xəbər verir ki, o bunu parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

"Son günlər mənə qarşı KİV-də böyük kampaniya aparılır, məqsəd rəhbərlik etdiyim hökuməti devirməkdir. Mən "Likud" və dövlətə sizin və Allahın köməkliyi ilə hələ uzun illər rəhbərlik etmək niyyətindəyəm", - deyə baş nazir əlavə edib.

Xəbər xətti