Polkovnikin həyat yoldaşının öldüyü qəzadan - YENİ XƏBƏR

16:30 - 13 Yanvar 2017 - Xəbər

Xanım sürücü həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb


Azərbaycan Dövlət İqtisad Universitetinin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın öldüyü qəzanın yeni təfərrüatları məlum olub.
Qeyd edək ki, qəza zamanı xanımın idarə etdiyi ''Nissan'' markalı avtomobil Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi. Bildirilir ki, S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.
Ölkə.az hüquq-mühafiə orqanlarından qəzanın baş vermə səbəbi ilə bağlı məlumat əldə edib. Verilən məlumata görə, hadisədən bir müddət əvvəl Sevda İsmayılovanın avtomobili DYP tərəfindən saxlanılıb. Dərsə tələsdiyindən xanım sənədləri polisə verərək işə gedib. Yolda isə həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb. Nəticədə qəza baş verib. Hadisə yerinə baxış keçirərkən polis əməkdaşları xanımın üzərindən və avtomobildən heç bir sənəd tapmayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti