“Azərbaycan Hava Yolları” QSC (AZAL) may ayından etibarən Bakı-Təl-Əviv reysi ilə uçuşların sayının artırılmasını planlaşdırır. Ucnoqta.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Mətbuat xidməti rəhbəri qeyd edib ki, yay uçuş cədvəlində Təl-Əvivə uçuşların sayını həftədə iki dəfədən üç dəfəyədək artırmaq nəzərdə tutulur.