Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi hava limanı İsrailin hava raket zərbələrinə məruz qalıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" Suriya hərbçilərinə istinadən məlumat yayıb. Məlumata görə, El-Mezza rayonundakı hava limanı yaxınlığında bir neçə partlayış törədilib. Suriyanın "Sama TV" telekanalı hava limanı yaxınlığında İsrail raketlərinin düşdüyünü bildirib. "France Press"in əməkdaşı isə aeroportda yanğının baş verdiyini xəbər verib.
***03:47
Suriyanın paytaxtı Dəməşq şəhərinin hərbi aeroportunda bir neçə partlayış baş verib.
Bu barədə "Reuters" Suriya mətbuatına istinadən xəbər verib.
Məlumata görə, El-Mezza rayonuna çoxlu sayda təcili yardım maşınları gətirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl paytaxtda baş vermiş digər partlayış zamanı 6 nəfər həlak olub. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb.