Peruda iki ton kokain müsadirə olunub

10:55 - 13 Yanvar 2017 - Xəbər

Peruda iki ton kokain müsadirə edilib. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadağan edilmiş yükün ixrac edilməsi planlaşdırılırmış. O, xüsusi qablarda qablaşdırılıb və təzə tərəvəzlərin otların, məhsulların istehsalıyla məşğul olan korporasiyanın ərazisində gizlədilib. Faktla əlaqədar Perunun 5, Serbiyanın 1 vətəndaşı saxlanılıb. Peru Prokurorluğu daha əvvəl bildirib ki, 2015-ci ildə ölkədə 44 ton müxtəlif növ narkotik müsadirə edilib. Bunun əksəriyyəti kokaindir.

Xəbər xətti