Mosulun şərq hissəsinin 70-80 faizi azad olunub

09:48 - 12 Yanvar 2017 - Xəbər

İraq ordusu İŞİD terror qruplaşmasının nəzərəti altında olan Mosul şəhərinin şərq hissəsinin 70-80%-ni azad edib. Bu bəyanatla çərşənbə günü brifinqdə ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat aparan qoşun qrupunun nümayəndəsi polkovnik Brett Silvia çıxış edib.

Onun sözlərinə görə, şəhər uğrunda mübarizə davam edir və Mosulun qərb hissəsində hələ böyük döyüşlər onları gözləyir.

Xəbər xətti