Gömrükçülər 1,15 mln. rubl müsadirə edib

14:36 - 11 Yanvar 2017 - Xəbər

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə ölkəmizdən Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti