“Naftalan-Avtonəqliyyat”ın rəhbərliyi yenidən formalaşdırılacaq

11:44 - 27 Dekabr 2016 - Xəbər

Fevralın 23-də, saat 11:00-da “Naftalan-Avtonəqliyyat” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Naftalan şəhəri, İmadəddin Nəsimi küçəsi,10 ünvanında baş tutacaq. Toplantının gündəliyinə müəssisənin 2016-cı il üçün illik hesabatı və maliyyə balansının təsdiqi, İdarə Heyəti üzvləri və sədrinin seçilməsi barədə, sədrin əmrlərinin müzakirəsi və təsdiqi məsələləri daxildir.
Xatırladaq ki, “Naftalan-Avtonəqliyyat” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 006 manatdır.

Xəbər xətti