Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Ucnoqta.az xəbər verir ki, bu barədə DGK-dan bildirilib.
Məlumata görə, İdarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.