Bomba xəbərdarlığı ilə əlaqədar Rusiyanın paytaxtı Moskvanın üç dəmir yolu vağzalından insanlar təxliyyə edilib.APA-nın TASS-a istinadən yaydığı məlumata görə, bu stansiyalara partlayıcı qurğu qoyulduğu barədə hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub. Nəticədə paytaxtın Yaroslavsk, Leninqradsk və Kazansk vağzallarından insanlar çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən briqadalar və təcili yardım maşınların göndərilib.
Hazırda kinoluqlar xüsusi itlərlə binaları müayinə edir. Anonim zəng edənin şəxsiyyəti müəyyənləşdirilir və onun saxlanılması istiqamətində işlər aparılır.