Rusiyada göyərtəsində 91 nəfər olan təyyarə qəzaya uğrayıb

09:29 - 25 Dekabr 2016 - Xəbər

Rusiyanın Müdafiə Nazirliyinə məxsus təyyarə "Tu-154" təyyarəsi Soçidə radarlardan itib. Bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb."Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi Soçi aeoroportunda səmaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində təxminən 91 nəfər olub" – deyə mənbə agentliyə bildirib.
İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə doğru uçurmuş.  Hərbi təyyarənin Krasnodarda qəzaya uğradığı bildirilir.
Məlumata görə, "Tu-154" təyyarəsində 91 nəfər olub.report
 

Xəbər xətti