Hidayət Sultanov Azərbaycan Beynəlxalq Bankının (ABB) baş direktoru vəzifəsini tərk edib. Bu barədə Trend bankın saytına istinadən məlumat verir. H.Sultanov 2015-ci ildə bu vəzifəyə təyin olunmuşdu.
Hazırda ABB-də iki nəfər – Vasif Əhmədov və Fuad İslamov baş direktor vəzifəsində çalışır.