Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.
DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən xəbərə görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.