Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

16:04 - 17 Dekabr 2016 - Xəbər

 Azərbaycan Ali Məhkəməsinin növbəti plenumu keçirilib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenumun iclasında qabaqcadan müəyən edilmiş qrafik üzrə konkret işlərə baxılıb və həmin işlər üzrə qərarlar qəbul edilib.
Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 79, 80-ci maddələrinə əsasən Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. Ali Məhkəmənin plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır.report

Xəbər xətti